Ermənistan ordusunun 10 yüksək rütbəli zabiti istefaya göndərilib

Ermənistan ordusunun 10 yüksək rütbəli zabiti istefaya göndərilib

 
Onlara zabit xəncəri mükafat olaraq verilib
 Ermənistan Silahlı Qüvvələrinin 10 yüksək rütbəli zabiti istefaya göndərilib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya əsasən, polkovniklər Rafiq Beqlaryan, Avetik Arutyunyan, Karen Sarkisyan, Artur Kazaryan, Qarnik Barseqyan, Mkrtıç Qabrileyan, Seryoja Tavaratsyan, Artur Arustamyan, Stanislav Ovannisyan, Vardan Xaçatryan zabit xəncəri ilə mükafatlandırılaraq, istefaya göndəriliblər.
Xəbərə görə, onlar Ermənistan ordusunda keçirilən kadr islahatı ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər. /

Google+ WhatsApp ok.ru