Rusiya Buşehrdə iki yeni reaktor tikəcək

Rusiya Buşehrdə iki yeni reaktor tikəcək

 
Rusiya 2016-cı ildə İranın Buşəhr atom elektrik stansiyasında iki yeni enerji blokunun tikintisinə başlaya bilər. Bu barədə Trend "Bloomberg"a istinadən xəbər verir.
 
İİR Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, tikinti Bakıda avqustun 8-də keçirilmiş Rusiya və İran prezidentlərinin görüşündən dərhal sonra başlaya bilər.
 
Qeyd edək ki, Buşəhr atom elektrik stansiyası Rusiya və İran arasında 1995-ci ildə imzalanmış müqavilə əsasında tikilib və 2012-ci ildə tam gücü ilə işə salınıb. Birinci yeni nüvə blokunun tikintisi bu ildə başlanması planlaşdırılır. İkinci yeni blokun inşasına isə yaxın iki ilin ərzində başlanacaq. Bu layihəyə ümümi sərmayələrin həcmi 11 milyard dollar civarında gözlənilir.
 
2014-cü ildə Moskva və Tehran İran ərazisində 8 atom enerji blokunun tikintisinə dair müqavilə imzalayıblar. /

Google+ WhatsApp ok.ru