Fələstində 53 şəhid, 465 yaralı - Video

Xəbər verdiyimiz kimi, İsrail rejiminin ordusu bazaar ertəsindən etibarən Qəzzanın cənubunu ağır top atəşinə tutub. Bundan əlavə İsrail rejiminə məxsus döyüş təyyarələri Qəzza zolağına avia zərbələr endirib. Hücum zamanı çoxlu sayda fələstinli ölüb, Həmasın hərbi qanadı olan "İzzəddin əl-Qəssam" briqadası da işğal olunmuş ərazilərin Hayfa şəhərini ilk dəfə "R-160" tipli raketlərlə vurub. Həmçinin paytaxt Təl-Əviv şəhərinə "M-75", Aşdoda isə "Grad" tipli raketlər atılıb.

Maide.az-ın Əl-Məyadinə istinadən məlumatına görə, sionist İsrail rejiminin hücumları nəticəsində şəhid olanların sayı artıb. Qəzza zolağına hücumlar nəticəsində 53 nəfər şəhid, 465 nəfər isə yaralanıb.

Bəzi beynəlxalq KİV-lərin məlumatına görə, Fələstin müqavimət hərəkatının atdığı raketlər nəticəsində işğal olunmuş ərazilərdə 8 israilli həlak olub, onlara israilli isə yaralanıb.

Google+ WhatsApp ok.ru