İraqda dəhşət

53 nəfər əli-qolu bağlı şəkildə ölü tapılıb

Maide.az-ın məlumatına görə, İraq təhlükəsizlik qüvvələri Bağdadın cənub bölgəsində bir kəndin ətrafında əli-qolu bağlı 53 nəfərin cəsədini tapıb. Cəsədlərin öldürülmə əlamətindən məlum olub ki, bu qətliamı İŞİD terrorçuları həyata keçirib. Bu cəsədlər Hilə şəhərinin cənub-şərqində yerləşən Xəmisiyyə kəndində aşkar olunub.

Bölgə rəsmisinin verdiyi məlumata görə, cəsədlər tapılarkən onların əli-qolu və gözləri bağlı olub. Güllə onların baş və sinələrindən vurulub.

Qeyd edək ki, bu şəhərlər müqəddəs Nəcəf və Kərbəla şəhərlərinə yaxınlıqda yerləşdiyi üçün terrorçu İŞİD qruplaşması məntəqəni ələ keçirməyə çalışır. İŞİD bu məntəqələrdə onlara təslim olmayanları bu cür qətliam edir.

Google+ WhatsApp ok.ru