Fələstinlilər psixoloji müharibəyə start verdi - Foto

Həmas İslami Müqavimət Hərəkatı israillilərə yüzlərlə mesaj göndərib. Mesajlarda bildirlir ki, sionist İsrail rejiminə qarşı müqavimətimiz davam edir.

Maide.az-ın "Palastineonline" saytına istinadən verdiyi məlumata görə,  Həmasın Əl-Qəsam briqadası israillilərin mobil telefonlarına yüzlərlə xəbərdarlıq mesajı göndəriblər.

Məlumatda qeyd olunur ki, israillilərin aldıqları mesajda sionist İsrail rejiminə qarşı müqavimətin davam etdiyi bildirilir.

Mesajda həmçinin bildirib ki, növbəti raket zərbələrimiz Hayfanın neftkimya zavoduna olacaq. Bu şəhərdən qaçın yoxsa həyatınız üçün təhlküə olacaq. İndiyə qədər 25 israilli hücumlarımız zaman öldürülüb.

Qeyd edək ki, İsraili rejimi Qəzza zolağında yaşayan fələstinlilərə Həmasın qərargahlarından uzaq olmaq barədə mesajlar göndərmişdi. Fələstinlilərin bu addımı düşmənə cavab kimi xarakterizə edilir.

Google+ WhatsApp ok.ru