Dalay Lama buddistlərə səsləndi

“Müsəlmanlara qarşı təzyiqləri dayandırın!”

Maide.az-ın verdiyi məlumata görə, buddistlərin lideri Dalay Lama Burmada buddistlərin müsəlmanlara qarşı etdikləri zorakılıqları dayandırmalarını tələb edib. 
 
Dalay Lama bildirib ki, “mən radikal buddistlərə səslənirəm, əgər Budda bu gün sağ olsaydı, sizin bu hücumlarınız qarşısında müsəlmanları müdafiə edərdi.” 
 
Qeyd edək ki, son zamanlar Şri-Lankada müsəlmanlara qarşı hakimiyyət qüvvələrinin dəstəyi ilə radikal buddistlər tərəfindən bir sıra cinayətlər törədilir. Onlardan bəziləri faciəvi şəkildə öldürülüb, bəziləri isə yaşadıqları ərazilərdən didərgin düşüblər.
 

Google+ WhatsApp ok.ru