Fələstinli vəkil: Abbas Qəzzalıların hissləri ilə oynayır

Fələstin Parlamentinin üzvü Atif Udvan Fələstin Adminstrasiyasının başçısı Mahmud Abbası Qəzza xalqının hissləriylə oynamaqda günahlandıraraq, belə bir işin son dərəcə təhlükəli olacağını söyləyib.
 
Maide.az-ın məlumatına görə, Abbasın Qəzzalı məmurların maaşlarını ödəyəcək pullarının olmadığını söyləməsini şərh edən millət vəkili Udvan, "maaşların ödənməsi mövzusunda mənfi rəftar göstərən Abbas, Qəzzaya qarşı müharibə başlatma təhdidində olan işğalçı İsraildən daha çox bu xalqın hissləri ilə oynayır. Fələstin Abbasın xüsusi mülkü və əkin yeri deyil. Biz də onun istədiyi yerə sürəcəyi sürüsü deyilik. Biz azad insanlardan ibarət bir cəmiyyətik. Abbas istəyirsə, özünə köləlik edəcək başqa bir xalq axtarsın", - deyib.

Google+ WhatsApp ok.ru