İranda 2 günlük matəm elan olundu 21 Oktyabr 2014 01:00 Dünya İranda tanınmış siyasətçi və islam alimi Ayətullah Məhdəvi Kəninin vəfatına görə İranda 2 günlük matəm elan edilib. Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, Ali Lider Ayətullah Seyid Əli Xamenei, İran Prezidenti Həsən Ruhani və digər məsul şəxslər Xubrəqan Məclisinin Rəyasət heyyətinin rəhbəri Ayətullah Məhəmmədrza Məhdəvi Kəninin vəfat etməsi münasibəti ilə baş sağlığı veriblər. İslam İnqilabının rəhbəri Ayətullah Xameninin baş sağlığında deyilir: "Ayətullah Məhdəvi Kəni İmam Xumeyninin sadiq və vəfalı dostlarından və yardımçıalrından olub və ölkənin bütün sahələrində İmama yardım edib.Ayətullah Məhdəvi Kəni böyük və təqvalı şəxsiyyət olub, o həmişə bütün sahələrdə din alimi və siyasətçi kimi öz mövqeyini ortaya qoyub və haqq və ədaləti müdafiə edib" İran Prezidenti Həsən Ruhani də Ayətullah Məhdəvi Kənin vəfatı münasibəti ilə baş sağlığı verib və o islam alimiin hörmətinə ölkədə 2 günlük matəm elan edib. Məlumat üçün bildirək ki, uzun zamandır ürək xəstəliyinə görə müalicə alan Kəni bu səhər 83 yaşında vəfat edib. / Teqlər : #İranda 2 günlük matəm elan olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinli vəkil: Abbas Qəzzalıların hissləri ilə oynayır Nigeriyalı müsəlman xanımlar ölkədəki hicab qadağasına etiraz etdilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO