Fələstinlilər ‘Əsrin müqaviləsi’nə etiraz üçün böyük xalq yürüşünə hazırlaşır 10 İyun 2019 15:52 Fələstin Fələstin xalqı yaxın günlərdə Bəhreyndəki Fələstin əleyhinə konfransa və ABŞ-ın təqdim etdiyi "Əsrin müqaviləsi"nə etiraz etmək üçün kütləvi nümayişlər təşkil etməyi planlaşdırır. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, böyük xalq yürüşlərinin iyun ayının 25-26-da keçiriləcək Bəhreyn konfransı zamanı təşkil olunması planlaşdırılıb. Fələstinin Azadlıq Təşkilatı, qeyri-hökumət təşkilatları və müstəqil fələstinli qruplar ABŞ Prezidenti Donald Trampın "Əsrin müqaviləsi" layihəsinə və Bəhreyn konfransına etiraz nümayişlərində iştirak etmək üçün əhalini mitinqə çağırıb. ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin həlli üçün “Əsrin müqaviləsi” layihəsini irəli sürüb. Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin dəstəklədiyi layihənin şərtlərinə görə, Fələstin tamamilə Qüdsdən əl çəkməlidir. Müqavilə layihəsində, həmçinin fələstinlilərin əleyhinə bir sıra müddəlar də qeyd olunub. Teqlər : #Fələstinlilər,#‘Əsrin,#müqaviləsi’nə,#etiraz,#üçün,#böyük,#xalq,#yürüşünə,#hazırlaşır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi qüvvələri Ramazan bayramında 37 fələstinlini nəzarətə götürüb HƏMAS İsrail rejimiylə təhlükəsizlik koordinasiyasına son qoyulmasını tələb edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar