HƏMAS İsrail rejimiylə təhlükəsizlik koordinasiyasına son qoyulmasını tələb edib 12 İyun 2019 15:21 Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) İsrail rejimi ordusunun İordan çayının qərb sahilində hərəkat liderlərini və üzvlərini saxlamasının işğalçıların Fələstin xalqına qarşı barbarlığını göstərdiyini bildirib. Maide.Az "Felestin.info"-ya istinadla xəbər verir ki, HƏMAS Hərəkatı Siyasi Büro üzvü və Beynəlxalq Əlaqələr Ofisi rəhbəri Hüsam Bədran mövzuyla əlaqədar açıqlamasında İsrail rejimi qüvvələrinin basqınları və Nablusda Fələstin təhlükəsizlik qüvvələrinə aid binaları mühasirəyə alıb atəş açması qarşısında Fələstin rəhbərliyinin ciddi mövqe ortaya qoymalı olduğunu deyib. O, Fələstin rəhbərliyinin Fələstin xalqının haqlarını qorumaq, İordan çayının qərb sahili və Qəzza zolağında bütün fələstinliləri mühasirəyə alan işğala qarşı mübarizə üzərində qurulan milli birliyin təmin edilməsi üçün addım atmalı olduğunu dilə gətirib. İsrail rejimi qüvvələrinin İordan çayının qərb sahilindəki basqınlarla, təhlükəsizlik orqanlarını hədəfə alaraq, siyasi mesaj verməsinə, "Təhlükəsizlikdə olacağınız heç bir yer yoxdur", - deməsinə və təhlükəsizlik razılaşmalarını heçə saymasına diqqət çəkən Bədran Fələstin mübarizəsinin içində olduğu çətin şəraitdə Fələstin xalqının seçimi olan müqavimət və vəhdətin milli prinsip olduğunu qeyd edib. Bədran Fələstin rəhbərliyindən İsrail ordusunun İordan çayının qərb sahilindəki qanun pozuntularına cavab olaraq İsrail rejimi qüvvələriylə aparılan təhlükəsizlik koordinasiyasına rəsmən son qoymasını, siyasi həbsləri dayandırmasını və saxlanılanların sərbəst buraxılmasını tələb edib. Teqlər : #HƏMAS,#İsrail,#rejimiylə,#təhlükəsizlik,#koordinasiyasına,#son,#qoyulmasını,#tələb,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinlilər ‘Əsrin müqaviləsi’nə etiraz üçün böyük xalq yürüşünə hazırlaşır Qəzzada ‘Əsrin müqaviləsi’ etiraz aksiyası keçirilib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar