`Forbes`: Putin Bakını tutacaq 12 Fevral 2015 02:00 Dünya Nüfuzlu nəşr Azərbaycanın da adı hallanan məqalə nəşr edib Nüfuzlu "Forbes" nəşri içərisində Azərbaycanın da adı hallanan məqalə dərc edib. “Obama və Merkel Putini anlaya bilmir” adlı məqalənin müəllifi Melik Keylendir. Keylen qərbin Ukraynaya silah göndərib-göndərməməsi məsələsində dəqiq bir fikrə gəlmədiyini bildirir. Lakin müəllif dəqiq qərarın verilə bilməməsini normal hesab edir. Belə ki, Keylen qeyd edir ki, hətta Ukrayna ordusuna silah verilsə belə, onlar bundan istifadə edə bilməyəcəklər. Hətta ordu separatçıları vurub sıxışdırsa belə Rusiyanın uzaqdan artileriya köməyi separatçılara vaxtında çatacaq. Lakin, Keylenin fikrincə Ukraynaya kömək etməmək də faciəvi sonluğa gətirib çıxara bilər. Əhalisi heç də etnik rus olmayan Abxaziya və Cənubi Osetiyadan başqa, Krım, Donetsk indi isə Debaltsevonu misal gətirən müəllif Putin aqressiyasının qarşısının alınmasını vacib amil hesab edir. “Əyər Putinin qarşısı alınmasa, bundan sonra Baltikyani, sonra Şərqi Avropa, daha sonra isə Bakı neft yataqları gələcək”- deyə Keylen yazır. “Putin 90-cı illərdə itirdikləri uğrunda mübarizə aparmır, o 70-ci illəri qaytarmaq istəyir. Bu maksimalist qlobal bir siyasətdir. Artıq sıxışdırılmış rusların xilası barədə laqqırtılar bizə yetər. O sadəcə Moskva imperiyasını qaytarır”- deyə Keylen sərt mövqe göstərib.(ANS) Teqlər : #`Forbes`: Putin Bakını tutacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bolqarıstan baş nazirinin təyyarəsi qəza enişi edib Məscid-Əqsanın ətrafı mühasirəyə alındı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO