Məscid-Əqsanın ətrafı mühasirəyə alındı

Maide.az xəbər verir ki, yalnız Qüds və Məscidi-Əqsa üçün fəaliyyət göstərən İrsimiz Dərnəyinin sədri Məhəmməd Dəmirçi keçirdiyi mətbuat konfransında, 2014-cü ildə Məscidi-Əqsaya edilən təzyiq və basqınların artdığını, tarixində ilk dəfə Əqsanın tamamilə ibadətə bağlanıldığını bildirib.
 
 2014 HÜCUMLARIN ZİRVƏYƏ ÇIXDIĞI İL OLDU
 
Məscid-Əqsaya edilən basqın və hücumların 2014-cü ildə ciddi şəkildə artdığını vurğulayan Dəmirçi, tarixində ilk dəfə 2014-cü ildə Məscid-Əqsanın ibadətə tamamilə bağlandığını xatırladıb.
 
Xüsusilə Ramazan ayının cümə günlərində təxminən 500 min nəfərin eyni anda namaz qıldığı məsciddə bu il artan təzyiqlər səbəbindən Ramazan ayında yalnız 30 min nəfərin ibadət edə bildiyini deyib.
 
MƏSCİDİ-ƏQSAYA HƏR GÜN 50 AVTOBUS SƏFƏRİ
 
Hər gün 50 avtobus səfəri təşkil edən dərnək ətraf şəhərlərdəki Fələstinliləri Məscid-Əqsaya daşıyır. Dəmirçi, buraya gələn müsəlmanların gün ərzində məsciddə keşik çəkdiklərini və İsrail hücumlarına qarşı məscidi boş qoymadıqlarını deyib.
 
MƏSCİDİ-ƏQSANIN ALTINDAKI QAZINTI İŞLƏRİ DAVAM EDİR
 
Məscid-Əqsanın altında hər gün qazıntı işlərinin davam etdiyini xatırladan Məhəmməd Dəmirçi, məsciddə və ətrafda yaşayan Fələstinlilərin evlərində çatlar və çöküntülər olduğuna və İsrailin bu evləri "ətraf mühitə qarşı təhdid yaratdığı" üçün boşaldaraq, Məscid-Əqsanın ətrafından müsəlmanları uzaqlaşdırdığına qeyd edib.
 
İSRAİL MƏSCİDLƏRƏ ƏL QOYUR
 
İsrailin Məscid-Əqsa ətrafında 170 yeni sinaqoq inşa etdiyini bildirən Məhəmməd Dəmirçi, belə bir ehtiyac olmadığı halda bu tikintilərin davam etdiyini vurğulayıb. İrsimiz Cəmiyyətinin bu günə qədər 140 ədəd tarixi məscidi bərpa olunmadığını qeyd edən Dəmirçi, bərpa olunmayan məscidlərə İsrailin "dağılma təhlükəsinə qarşı əl qoyduğunu" deyib.

Google+ WhatsApp ok.ru