Fransada islamifobiya məzmunlu 691 hücum qeydə alınıb

Fransada fəaliyyət göstərən jurnalist Hajer Mdiri Paris metrosunda İslamofobik ifadələr istifadə edən birinin hücumuna məruz qalıb.
 
Maide.az xəbər verir ki, hicablı xanım olan Mdiri, metronun son vaqonunda qapıya yaxın sahədə dayandığı vaxt, uzunboylu bir şəxsin ona sərt və narahatedici şəkildə baxdığını bildirib.
 
Mdiri, həmin şəxsin daha sonra özünə və bütün müsəlmanlara qarşı söyüş məzmunlu sözlər istifadə etməyə başladığını söyləyib.
 
Mdiri, ''söyüşlərin davam etməsinə baxmayaraq, vaqondakı şəxslərdən heç kimin səsi çıxmadı. Əşyalarımı götürərək, vaqonun digər hissəsinə keçdim. Ürəyimin sıxıldığını hiss etdim'', - deyib.
 
Adamın İslamifobik məzmunlu hücumu qarşısında qorxmadığını, ancaq qarşılıq verə bilmədiyini deyən Mdiri, ''Çünki fiziki olaraq balacaboy və zəifəm. Adam isə uzun və iri idi. Sakitləşmək üçün telefonu götürdüm və yoldaşıma zəng vurdum. Adam hələ də mənə və müsəlmanlara söyüşlərini davam etdirirdi. Nəhayət, qatar dayandı, özümü dərhal çölə atdım'', - deyə bildirib.
 
Qatardan çıxdıqdan sonra telefonu ilə həmin şəxsin fotosunu çəkməyə çalışdığını, ancaq üzünü tutan şəxsin qışqırmağa başladığını deyən Mdiri, yenidən həmin şəxsin, ''sən irqçisən, cəhənnəmdə çürü'' dediyini söyləyib.
 
Müsəlman qadınlar təcavüzkar davranışların hədəfində
 
Fransada bir çox hicablı müsəlman qadın küçədə gedərkən və kütləvi nəqliyyat vasitələrindən istifadə edərkən insanların sərt baxışlarına məruz qalır.
 
Fransa İnsan Haqları Müşahidə Təşkilatı təkcə bu il müsəlmanlara qarşı İslamifobiya məzmunlu 691 hücum qeydə alıb. Bu hərəkətlərinin 640-ı birbaşa şəxslərə istiqamətli olub.
 
Əvvəlki illərə nisbətən müsəlmanlara istiqamətli hərəkətlərdə artımlar qeydə alındığını, bunun isə vəziyyətin getdikcə pisləşməyə doğru getdiyinə işarə olduğuna diqqət çəkən təşkilat, hücumların daha çox fiziki şəkildə reallaşdığını bildirir. 

Google+ WhatsApp ok.ru