İsrail və ABŞ-ın edə bilmədiyini satılmış müsəlmanlar edib 22 Dekabr 2014 02:00 Dünya Londonda yerləşən Suriya İnsan Haqları Müşahidəçisi adlı müxalif təşkilat 2011-ci ildən bəri davam edən böhranda 120 min Suriya əsgərinin öldürüldüyünü bildirir. Maide.az xəbər verir ki, "Mirsad" adı ilə də tanınan müxalif insan haqları təşkilatı Suriyada 2011-ci ildən bəri davam edən böhranda ölən insan sayı ilə bağlı yeni rəqəmlər açıqlayıb. "Mirsad", 2011-ci ildən bəri yaşanan böhranda silahlı qruplara qarşı Suriya dövlətini müdafiə edən təhlükəsizlik güclərini "Suriya əsgərləri" və "hakimiyyət tərəfdarı könüllülər" deyə iki qrupa ayırıb. "Mirsad" Suriya prezidenti Bəşşar Əsədin prezident seçkilərini qazandıqdan sonra etdiyi 16 iyul çıxışından 16 dekabra qədər keçən 5 aylıq müddətdə silahlı qruplara qarşı Suriya dövlətini müdafiə edən bütün qüvvələrin ümumi itkisini isə 10 min 949 olaraq açıqlayıb. Verilən məlumata görə İŞİD, Nusra, Mühacirin və Ənsar Ordusu və Ənsar əd-Din adlı təşkilatın da daxil olduğu qrupların müxtəlif şəkillərdəki hücumları nəticəsində 5 min 631 Suriya əsgəri, 5 min 227 nəfər isə könüllü öldürülüb. Suriya dövlətini müdafiə edən könüllü qüvvələrdən əlavə, Hizbullahın verdiyi itki sayının da 91 olduğu açıqlanıb. Teqlər : #İsrail və ABŞın edə bilmədiyini satılmış müsəlmanlar edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ gələn il İraqa 1300 əsgər yerləşdirəcək Fransada islamifobiya məzmunlu 691 hücum qeydə alınıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO