General Nakdi: `Ərəbistan şahzadələrini Səddam Hüseynin taleyi gözləyir`

Yəmən hadisələri və Ərəbistanın bu ölkəyə hücumunu, Amerika və İsrail rejiminin bu təcavüzü dəstəkləməsini şərh edən iranlı general Nakdi, hər kəsin səhvən bu müharibəni Ərəbistanın idarə etdiyini düşündüyünü bildirib.
 
Maide.az xəbər verir ki, general Nakdi bu müharibəyə məhz Amerikanın rəhbərlik etdiyini və Səud sülaləsinin şahzadələrinin Yəmən müharibəsində heç bir rolu olmadığını vurğulayıb.
 
Ərəbistan rejiminə xitab edən general Nakdi, bir ordu ilə bir millətin iradəsi qarşısında dayanmağın mümkün olmadığını, Yəmən xalqının dəcəl Səud şahzadələri üzərində qəti qələbə qazanacağını, Ərəbistanın Səddamın yolunu tutduğunu və onun taleyinə düşəcəyini vurğulayıb.

Google+ WhatsApp ok.ru