Gürcüstana səfər edənlər ciddi yoxlamadan keçiriləcək

Gürcüstana səfər edənlər ciddi yoxlamadan keçiriləcək

Gürcüstan ərazisinə daxil olacaq hər bir şəxs ciddi yoxlamadan keçiriləcək.

 
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxariaməlumat verib.
 
Hökumət başçısı bununla bağlı Səhiyyə Nazirliyinə göstəriş verdiyini deyib: “Turizmin bərpası üçün əsas məqamlardan biri sərhəd məsələsidir. Həm quru, həm də hava sərhədi vasitəsilə Gürcüstana daxil olacaq hər bir şəxs ciddi yoxlamadan keçiriləcək”.
 
O deyib ki, sərhəddə şəxslərin yoxlanılması üçün Səhiyyə Nazirliyinin imkan və texnologiyaları var.
 
Qeyd edək ki, Gürcüstan iyulun 1-dən sərhədlərini açmaq və xarici turistləri qəbul etməyə hazır olacaq. 

Google+ WhatsApp ok.ru