Paraçinarda şiələrin Hüseyniyyəsində partlayış törədilib

Paraçinarda şiələrin Hüseyniyyəsində partlayış törədilib

Pakistanın şimal-qərbində yerləşən Paraçinar vilayətində şiələrin Hüseyniyyəsində partlayış törədilib.
 
Maide.Az xəbər verir ki, Əfqanıstan sərhədi yaxınlığında törədilən bu partayışda Hüseyniyyə tamamilə dağıdılıb.
 
Polisin verdiyi məlumata görə, Hüseyniyyədə öncədən partlayıcı qurğu quraşdırılıb.  
 
Partlayışda ölən və yaralananlar barədə məlumat verilməyib və indiyədək heç bir terror qruplaşması partlayışın məsuliyyətini öz üzərinə götürməyib.  
 
Pakistanın rəsmiləri Paraçinarda törədilən partlayışı pisləyib və cinayətkarların cəzalandırılmasını istəyiblər.

Google+ WhatsApp ok.ru