H.Ruhani: Sərhədlərin təkrar pozulacağı təqdirdə ABŞ-a qətiyyətlə cavab veriləcək

H.Ruhani: Sərhədlərin təkrar pozulacağı təqdirdə ABŞ-a qətiyyətlə cavab veriləcək

Rəsmi Tehran ölkə sərhədlərinin ABŞ tərəfindən təkrar pozulacağı təqdirdə qətiyyətlə cavab verəcək.
 
Maide.Az  İran KİV-lərinə istinadla xəbər verir ki,  bunu  İran prezidenti Həsən Ruhani Fransa prezidenti Emmanuel Makronla telefon danışığında deyib. 
 
Onun sözlərinə görə, söhbət İranın hava məkanının ABŞ tərəfindən pozulması ehtimalından gedir: “İran hərbi qüvvələri onlara qarşılıq verəcək”.
 
H.Ruhani deyib ki, heç bir halda 2 il  müzakirə edib nəticə əldə olunmuş  bir məsələ üçün yenidən müzakirə etməyəcəyik.   “Hər zaman  Hərtərəfli Bİrgə Fəaliyyət Planı  4+1 ölkələri tərəfindən  icra olunarsa,  bank əlaqələri və  neft satışı problemləri həllini taparsa  əvvəlki vəziyyəti qaytarmaq olar. ABŞ İrana qarşı olan sanksiyaları ləğv etməyincə  durum dəyişməyəcək”. 
 

Google+ WhatsApp ok.ru