Həmas rəsmisindən açıqlama: `Müqaviməti zəiflədə bilməyəcəklər`

Maide.az-ın məlumatına görə, Həmas Siyasi Bürosunun üzvü Xəlil əl-Hayya mətbuata açıqlamasında Şucaiyyə qırğınında dünyasını dəyişənlərə rəhmət diləyərək, "İsrailin Qəzzada vətəndaşları öldürmədəki israrı fələstinlilərin müqavimətə və zəfərə olan inancını zəiflədə bilməyəcək", - deyib.

İsrailin dünyanın gözü qarşısında insanlıq cinayəti törətdiyini söyləyən Hayya, "Şucaiyyədə yaşananlar dik duruşun simvoludur. Fələstin xalqı qəhrəmanlıq, izzət və şərəf mübarizəsi verir. Bu xalq üçün qorxmaq, ümidsizlik yoxdur" söyləyib.

Həmasın tək iddiasının Fələstin və Qüds olduğunu vurğulayan Hayya İslam dünyasına, "şərəfli Fələstin mübarizəsinə dəstək" çağırışı edib.

Qeyd edək ki, İsrailin dünən Şucaiyyə məhəlləsinə hədəf güdmədən təşkil etdiyi hücumlarda aralarında qadın və uşaqların da olduğu 72 nəfər dünyasını dəyişib, 400-ü isə yaralanıb. Hücumlarda ölənlər arasında Hayyenin böyük oğulu Usamə, gəlini Hala Sakr Əbu Hinlə birlikdə uşaqları Xəlil və İmamənin də olduğu bildirilir.

Google+ WhatsApp ok.ru