Qəzzada şəhid olanların sayı 476-ya qalxdı

İsrail təyyarələrinin Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda daha 7 nəfərin dünyasını dəyişdiyi bildirilir.

Maide.az-ın məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəg əl-Kudra açıqlamasında döyüş təyyarələrinin Qəzzanın cənubundakı Xan Yunus şəhərinə təşkil etdiyi hücumda 2-si uşaq biri qadın olmaqla 4 nəfərin, Rifah şəhərinə istiqamətli hücumda da 1 nəfərin öldüyünü, 2-sinin yaralandığını söyləyib.

Qəzzanın qərbindəki əl-Muğraka bölgəsinə təşkil edilən hava hücumunda 2 nəfərin öldüyünü, 2-sinin yaralandığını bildirən Kudra, Beyt Lahya əyalətində isə 10 fələstinlinin yaralandığını qeyd edib.

Kudra həmçinin İsrailin dünəndən bu yana 72-si Şucaiyyə məhəlləsindən olmaqla 110 fələstinlini qətlə yetirdiyini, 400-dən çoxunun da yaraladığını da bildirərək, 7 iyuldan bu yana hücumlarda ölənlərin sayının 476-a, yaralananların isə 3 min 130-a qalxdığı məlumatını verib.

Qeyd edək ki, rəsmilər təcili yardım qurupları və "Qızıl Aypara" əməkdaşlarının İsrailin Şucaiyyədəki şiddətli bombardmanı üzündən cəsədlərə çata bilməmələrindən, yaralılara da kömək edilmədiyi üçün ölü sayının artacağından narahatdırlar.

Hücumların başladığı gündən bu yana təxminən 1090 ev tamamilə dağıldığı, 18 min 70 evin isə zədələndiyi bildirilir.

Google+ WhatsApp ok.ru