Həmas: Mahmud Abbas həmişəki kimi yalan danışır

Həmas sözçüsü Sami Əbu Zuhri verdiyi yazılı açıqlamada Fələstin Administrasiyasının başçısı Mahmud Abbasın Həmasın İsrail rejimi ilə gizli danışıqlar apardığı barədə açıqlamalarınını doğru olmadığını bildirərək, "Bu, səviyyəsiz bir böhtan və yalan iddiadır. Abbasın prezident kimi vəzifəsinə hörmətlə yanaşması və yalan məlumat yayması lazımdır", - deyib.
 
Maide.az xəbər verir ki, Zuhri həmçinin Abbasın "Həması müvəqqəti sərhədləri olan bir dövlət ideyasını qəbul etdiyi" istiqamətindəki iddialarının da həqiqət olmadığını, əksinə, hərəkatın dəfələrlə bu fikri rədd etdiyinə dair bəyanatlar verdiyini söyləyib.
 
Qeyd edək ki, Mahmud Abbas dünən axşam qatıldığı bir televiziya proqramında, "Həmas ilə İsrail arasında gizli danışıqlar və sazişlər aparıldığına dair dəlillər var. Həmçinin Həmas, İsrailin 2003-cü ildə müvəqqəti sərhədləri olan bir dövlət olması istiqamətində təqdim olunan təklifi qəbul etmişdi" şəklindəki ifadələrə yer verib.

Google+ WhatsApp ok.ru