Taleyin ümidinə buraxılan 1.7 milyon Suriya qaçqını 02 Dekabr 2014 02:00 Dünya BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə böhranı səbəbindən 1.7 milyonluq suriyalı qaçqına ərzaq yardımını müvəqqəti dayandırıb. Maide.az xəbər verir ki, ÜƏP-in icraçı direktoru Ertharin Cousin agentliyin təkcə dekabrda suriyalı qaçqınları saxlamağa 64 milyon dollara ehtiyacı olduğunu deyib. BMT-nin Romada mənzillənən bu agentliyi dekabrın 1-də bildirib ki, proqramla İordaniya, Livan, Türkiyə, İraq və Misirdəki qaçqınlara mağazalardan ərzaq almaq üçün vauçer verilirdi. Agentliyin məlumatına görə, regionda sərt qışa dözmək üçün çarpışan adamlara bu yardımı kəsməyin nəticəsi «dağıdıcı» ola bilər. Agentlik bir çox suriyalı ailənin «ac qalacağını» bildirib. 3 il öncə prezident Bashar al-Assad-a qarşı üsyan başlanandan, Suriyadan 3.2 milyon nəfər qaçıb, 7.6 milyon isə ölkə daxilində köçkünə çevrilib. Teqlər : #Taleyin ümidinə buraxılan 1.7 milyon Suriya qaçqını, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Livan ordusu Xəlifənin xanımı və oğlunu həbs edib Həmas: Mahmud Abbas həmişəki kimi yalan danışır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO