Hindistan 2 milyon insanı deportasiya edə bilər 31 Avqust 2019 10:56 Dünya Hindistanın şimal-şərqindəki Assam ştatında yaşayan 1.9 milyon insan Banqladeşə deportasiya edilə bilər. Maide.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə NDTV informasiya yayıb. Telekanalın məlumatına görə, sözügedən şəxslərin adları yerli hakimiyyət orqanlarının hazırladığı vətəndaşların milli reyestrindən yoxa çıxıb. Sözügedən siyahıda 24 mart 1971-ci ilə - Banqladeşin müstəqilliyini əldə etməsinə qədər regionda məskunlaşmış insanların adları yer alıb. 35 milyon insanın yaşadığı Assam ştatının rəhbərliyi regiondakı miqrantların sayını dəqiqləşdirə bilmək üçün əhalinin yenidən qeydiyyatını aparıb. Qeyd edək ki, Hindistan hökuməti vətəndaşlığını təsdiqləyə bilməyən insanlar üçün məhkəməyə müraciət hüququ tanıyıb və hüquqi proseslər tam başa çatmadan hər hansı addım atılmayacağına zəmanət verib. Bununla yanaşı hind köklərini təsdiqləyə bilməyən şəxslərin qonşu ölkəyə deportasiyası məsələsi də istisna edilməyib. Teqlər : #Hindistan,#milyon,#insanı,#deportasiya,#edə,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərdoğan Bakıya səfər edəcək İmam Hüseyn (ə) ziyarətgahının günbəzi üzərində matəm bayrağının asılması mərasimi keçirilib -FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO