İmam Hüseyn (ə) ziyarətgahının günbəzi üzərində matəm bayrağının asılması mərasimi keçirilib -FOTO 01 Sentyabr 2019 09:30 Dünya Məhərrəm ayının başlaması ilə əlaqədar olaraq, İmam Hüseynin (ə) və Əbilfəzl Abbasın (ə) hərəmlərinin günbəzlərinin üzərindəki qırmızı bayraq qara rəngli bayraqla əvəz edilib. Maide.Az "imamhussain.org" saytına istinadla xəbər verir ki, ötən gün məğrib və işa namazından sonra İmam Hüseynin (ə) pak ziyarətgahının günbəzi üzərindəki bayrağın dəyişidirilərək Məhərrəmlik ayı münasibətilə matəm (qara) bayraq asılması mərasimi keçirilib. Müqəddəs Məhərrəmlik ayının ilk gecəsi ərəfəsində təntənəli tədbir çərçivəsində və İmam Hüseyn (ə) zəvvarlarının, bir sıra dini, siyasi və elm xadimlərinin iştirakı ilə İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının günbəzi üzərindəki bayraq dəyişdirilib. Həzrət İmam Hüseyn (ə) günbəzi üzərində daim dalğalanan qırmızı bayraq şəhidlik və intiqam simvolu daşıyır. Teqlər : #İmam,#Hüseyn,#(ə),#ziyarətgahının,#günbəzi,#üzərində,#matəm,#bayrağının,#asılması,#mərasimi,#keçirilib,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistan 2 milyon insanı deportasiya edə bilər Gürcüstanın baş naziri istefa verib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO