Hindistanda daşqınlar nəticəsində 17 nəfər ölüb 18 İyun 2018 01:00 Dünya -- Təqribən 40 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb Hindistanın şimal-qərb rayonlarında baş vermiş daşqınlar nəticəsində 17 nəfər həyatını itirib. Maide.Az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən NDTV məlumat yayıb. Telekanalın məlumatına görə, daşqın və sürüşmə Hindistanın Assam, Mizoram və Tripura ştatlarında baş verib. Daşqınlar 22 mindən çox tikiliyə ziyan vurub. Bölgədəki 3 min 292 hektar sahədə 716 kəndin su altında qaldığı,təqribən 40 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Hazırda qaçqınların müvəqqəti yerləşdirilməsi üçün 189 çadır düşərgəsi salınıb. Meteorologiya Agentliyindən verilən açıqlamada yağışların digər bölgələrdə də təsirli olacağı barədə xəbərdarlıq edilib. Teqlər : #Hindistanda daşqınlar nəticəsində 17 nəfər ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ hökuməti 2 min uşağı ailəsiz qoydu Yaponiyada dinlərarası dialoq mövzusunda seminar keçiriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO