Yaponiyada dinlərarası dialoq mövzusunda seminar keçiriləcək

Yaponiyada dinlərarası dialoq mövzusunda seminar keçiriləcək

-- İyunun 21-də

İyunun 21-də Yaponiyanın Kyoto şəhərində keçiriləcək bu seminarda müzakirə ediləcək mövzulardan biri də "İslam, xristiyanlıq və buddizm arasında dialoq" mövzusu olacaq.
 
Maide.Az  "İQNA"-a istinadən xəbər verir ki, İran İslam Respublikasının Yaponiyadakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə keçiriləcək bir günlük seminarda "İran İslam İnqilabından sonra İranın siyasəti", "İslam, xristiyanlıq və buddizm arasında dialoq", "İran incəsənəti və musiqi" və "İran cəmiyyəti və qadınlar" kimi mövzular müzakirə ediləcək.
 
Seminar Yaponiyanın Kyoto şəhərinin "Ryokoko universiteti"nin ustad və müəllimlərinin həmkarlığı ilə keçiriləcək.
 
Universitetin ustadları "İran İslam Respublikasının ümumi dəyərləndirilməsi", "İmam Xomeyni və İran İslam Respublikası", "İnqilab, cümhuriyyət, islam və ədalət müasir İranda", "İslam inqilabı və qadın" və "İslam ölkəsində İran siyasəti" kimi mövzular barədə çıxış edəcək.    
 

Google+ WhatsApp ok.ru