Hindistanda etirazlar zamanı 139 nəfər saxlanılıb

Hindistanda etirazlar zamanı 139 nəfər saxlanılıb

 
Hindistanda "Vətəndaşlıq haqqında" qanunun yeni redaksiyasının qəbuluna qarşı növbəti etirazlar zamanı azı 139 insan nəfər saxlanılıb.
 
Maide.Az xəbər verir ki, bu barədə "The Times of India" qəzeti bildirib.
 
Qeyd edilir ki, Nyu-Dehlidə saxlanılanlar arasında 79 qadın var. Onların əksəriyyəti bir neçə saat sonra sərbəst buraxılıb.
Tələbə təşkilatları polisləri qəddarlıqda və əsassız saxlanılmalarda ittiham edib. 
 
"Polis demokratik etirazı dayandırmaq üçün tələbəyə oxşayan hər kəsi saxlayır və bölməyə sürüyür", - deyə Ümumhindistan Tələbə Assosiasiyasının başçısı Sai Balaci mətbuata bildirib. Assosiasiya rəsmi qaydada polisin hərəkətlərinə etiraz etmək niyyətindədir.
 
Qeyd edək ki, Hindistanda federal parlamentinin mübahisəli vətəndaşlıq qanunları qonşu ölkələrdən gələn 6 fərqli dini qrupa vətəndaşlıq üçün yol açdığı halda, eyni mövqedə olan müsəlman mühacirlərini vətəndaşlıqdan məhrum edir.
 
Qəbul edilmiş qanun Hindistan müsəlmanlarının narazılıqlarına səbəb olub. Aksiyaların təşkilatçılarının fikrinə görə, bu qanun yerli əhalinin maraqlarına zidddir.
 
Dekabrın18-i Hindistanın Ali Məhkəməsi ölkədəki iğtişaşlara baxmayaraq, qanunun ləğvinə dair müraciəti rədd edib.
 
Xatırladaq ki, son günlər Hindistanda müxtəlif bölgələrdə keçirilən etiraz aksiyaları zamanı 23 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. 
 

Google+ WhatsApp ok.ru