Çin Qurani-Kərimi yenidən yazmaq istəyir 24 Dekabr 2019 14:25 Dünya Dini azadlıqların hər gün sərtləşdirildiyi Çində Şi Cinpinq hökuməti Qurani-Kərimi, İncili və buddistlərin Surtarlarının şərhlərini Çin Kommunist Partiyasının ideologiyasına uyğun şəkildə yenidən yazılması üçün hərəkətə keçiblər. Ötən noyabr ayında Çin Kimmunist Partiyasının daimi üzvü və prezident köməkçisi Vanq Yanqın sədrliyi ilə ölkənin ən tanınmış dini təşkilatlarının nümayəndələrinin dəvət edildiyi simpozium keçirilib. Vanq ölkədəki dinlərin Çin mədəniyyəti və Kommunist Partiyasının doktorinalarına uyğun şəkildə şərh edilməsinin vacibliyini bildirib. "Xinhua" rəsmi agentliyinin toplantıdan yayımladığı reportajda, "dini mətnlər dəyərləndirilməli və lazım gəldikdə uyğun olmayan yerlərdə dəyişikliklər edilməli, mətnlər yenidən tərcümə olunmalıdır", - deyə bildirilir. Çin Sosial Elmlər Akademiyasının araşdırmaçısı Ren Yanli bildirir ki, bu addımla Pekin ölkədəki dinləri daha radikal şəkildə nəzarət alıtına almağa çalışır. O qeyd edib ki, Qurani-Kərim və İncilin mətnlərinə müdaxilə Çində ilk dəfədir müşahidə edilir. /faktxeber Teqlər : #Çin,#QuraniKərimi,#yenidən,#yazmaq,#istəyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanda etirazlar zamanı 139 nəfər saxlanılıb Roma Papası : Xristian dünyası artıq yoxdur!..
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO