Hizbullah İsrailin 17 əsgərini məhv etdi- FOTO

`Hizbullah` hücumun məsuliyyətini üzərinə götürüb

Maide.az-ın verdiyi məlumata görə, Hizbullahın «Quneytəra şəhidləri qvardiyası»  İsrail Livan  sərhəddində  Sionist  rejim hərbçilərinə qarşı hücum həyata keçirib.
9 maşının partladıldığı hücum nəticəsində azı 17  hərbçi həlak olub. Onlardan birinin yüksək çinli zabit olduğu bildirilir. Daha 6 əsgər isə yaralanıb.
Hücumun həyata keçirildiyi Şəbaa bölgəsində məktəblər, xəstəxanalr boşaldılıb, Heyba və Ruşbina hava limanı da bağlanıb.
Hücumda həmçinin İsrailin 14 əsgəri yaralanıb. İsrail rejimi cavab olaraq Livan ərazisinə 25 mərmi atıb. Bir çox telekanallar bu xəbəri "İsrail "Hizbullah" müharibəsi başladı" kimi təcili xəbər olaraq yayımlayıb.
"Hizbullah" hücumun məsuliyyətini üzərinə götürüb və bunun iki həftə öncə İsrail təyyarələrinin hücumuna cavab olaraq həyata keçirildiyini deyib.
İsrail rejimi Livanla sərhəd olan ərazilərdə yaşayan sinostləri evlərindən çıxmama çağırıb.
 
 

 

Google+ WhatsApp ok.ru