Rusiyada çörəyin qiyməti qalxdı

Rusiya Federal Antimonopoliya Xidməti çörəyin qiymətinin qaldırılması ilə bağlı cinayət işi qaldırıb. 
 
Axar.az xəbər verir ki, bu barədə xidmətin Aqrosənaye Kompleksə Nəzarət İdarəsinin sədri Anna Miroçinenko məlumat verib. 
 
Onun sözlərinə görə, Kirov vilayətində də çörək, qənd və digər qida məhsullarının qiymətinin süni şəkildə artırılması ilə bağlı cinayət işi qaldırılıb. 
 
Bir müddət əvvəl Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç taxılın qiymətinin bahalaşmasının çörəyin də qiymətinə təsir edəcəyini bildirmişdi.  /

Google+ WhatsApp ok.ru