Husilər hava bazasını və Ədən şəhərini bir güllə belə atmadan ələ keçirdi

Maide.az xəbər verir ki, Yəməndə Husilər Ədən şəhərinin 60 kilometrliyində yerləşən Əl-Anad hava bazasını ələ keçirib.
 
İstefa vermiş prezident Abd-Rabbu Mansour Hadiyə yaxın mənbələr tərəfindən verilən açıqlamada bildirilir ki, Husi hərbiçiləri cənubi liman şəhərində 40 kilometrə qədər içəriyə doğru irəliləyiblər. 
 
İstefa vermiş prezident Hadi ötən ay paytaxt Sənadan qaçaraq Ədən getmişdi.
 
Digər tərəfdən, Ədən şəhərində çalışan dövlət əməkdaşlarından evlərinə getmələri tələb olunub.
 
Şəhərin bəzi sakinlərinin isə Husi hərbiçilərinin sürətli irəliləyişi qarşısında silahlandığı bildirilir.
 
“Əl-Məyadin” telekanalı isə bildirir ki, son günlər Yəməndə inqilab nəticəsində paytaxt Sənanı tərk edib Ədən şəhərinə qaçan keçmiş prezident Mənsur Hadinin sonuncu sığınacağı da əlindən çıxıb. Yəmən ordusu Ənsarullah təşkilatının könüllü qüvvələri ilə birgə artıq Ədən şəhərinə daxil olublar.

Google+ WhatsApp ok.ru