Obama: `Fələstinliləri inandırmaq lazımdır`

ABŞ Prezidenti Barak Obama İsrail-Fələstin münasibətlərinin gələcək illərdə necə idarə ediləcəyini yenidən nəzərdən keçirmək məcburiyyətində olduğunu bildirərək, "Məsələ, liderlər (özü ilə Netanyahu) arasındakı münasibətlə əlaqədar bir vəziyyət deyil. Məsələ siyasətimizdə çox aydın və mühüm fərqlərlə bağlıdır. Bu, bölgə və iki ölkə üçün də böyük nəticələri olacaq həqiqi, ciddi siyasi müxtəlifliklərinin necə həll etməklə bağlıdır", - deyib.
 
Maide.az xəbər verir ki, Obama Netanyahunun seçkidən sonrakı ifadələrinə də toxunaraq, heç kimin bir sülh müqaviləsində bir gecədə Fələstin dövlətinin yaranacağını təxəyyül etmədiyini deyib: "Amma burada məsələ belədir. Fələstinlilərə günün sonunda etibarlı bir yəhudi dövləti ilə yanaşı öz dövlətlərinin mümkün ola biləcəyinə ümid verəcək prosesin və çərçivənin yaradılması olduğunu söyləmək və inandırmaqdır." 

Google+ WhatsApp ok.ru