Husilərdən Səudiyyə sərhəddinə yürüş edəcəklər - Çağırış edildi

Husilərdən Səudiyyə sərhəddinə yürüş edəcəklər - Çağırış edildi

Husilər, yas mərasiminə təşkil olunan hücumdan sonra Səudiyyə Ərəbistanı rejiminin sərhədinə yürüş edilməsi üçün səfərbərlik çağırışı edib.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Yəməndə Husilərin lideri Ədülməlik Əl Husi, tərəfdarlarına Səudiyyə Ərəbistandan intiqam almaq üçün səfərbərlik çağırışı edib.
 
Husilərə aid "Əl-Məsira" televiziya kanalının yayımladığı xəbərdə Əl Husi, paytaxt Sənada yas mərasiminin olduğu binaya edilən hava hücumuna işarə edərək, tərəfdarlarına hücumları təşkil edən Səud rejiminə tarixdə heç olmadığı qədər mübarizə və intiqam üçün ümumi səfərbərlik çağırışı edib.
 
Husi bildirib ki, intiqam üçün Səudiyyə Ərəbistanı rejiminin sərhədinə doğru hərəkət edək. Üzrü olmayan evində oturmasın.
 
Qeyd edək ki, 2015-ci ilin mart ayından etibarən Səudiyyənin Yəmənə təcavüzü nəticəsində minlərlə uşaq həyatını itirib, on minlərlə uşaq isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım almaqda çətinlik çəkir. Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularının girişi məhdudlaşdırılıb. Hələ də dünya ictimaiyyəti Səudiyyənin Yəməndəki uşaq qətllərinə (bir neçə ölkə xaric) səssiz qalmaqda davam edir.⁠⁠⁠⁠

Google+ WhatsApp ok.ru