Çində `Dünya müsəlmanlarının şəhəri` adlı şəhər salınacaq

Pekindən 960 kilometir aralıda yerləşən İnçuan şəhəri müsəlmanlar arasında düyanın ən tanınmış turistik şəhəri ola bilər.

Maide.Az xarici mediaya istinadən xəbər verir ki, Çin höküməti yeni quracaqları "Dünya müsəlmanlarının şəhəri" adlı şəhərciyin bütün yol və küçə hərəkətlərini Ərəb və İngilis dillərində yazacaqlar. Bundan əlavə, adıçəkilən şəhərin mərkəzində iri meydan və parklar salınacaq ki, burada dünya müsəlmanlarının sərvətləri, mədəniyyətləri və nəaliyyətləri nümayiş etdiriləcək. Layihənin tam olaraq 2020-ci ildə qurtarılacağı nəzərdə tutulur.

Yaxın gələcəkdə şəhərciyin aeroportu Səudiyyə Ərəbistan, BƏƏ, İordaniya və Kuala Lumpurdan birbaşa uçuşlar təmin etməyə başlayacaq.  /

Google+ WhatsApp ok.ru