KİV: “Amerika səfirliyi İraq Baş naziri Heydər əl İbadinin hərbi səlahiyyətləri əlindən alınıb”

 Maide.Az İraq mediasına istinadən xəbər verir ki, Amerikanın Bağdad səfirliyindən xəbər verən qaynaqlar Amerika səfirliyi tərəfindən İraq Baş naziri Heydər əl İbadinin hərbi səlahiyyətlərinin əlindən alındığını açıqlayıb.
 
Məlumatda bildirlir ki, bu gündən sonra İraqda bütün hərbi əməliyyatlar Amerikanın hərbi komandirliyinin əmri altında edilməsi zəruri olacaq. 
İraqın əl hədəsi Xəbər Agentliyinin verdiyi məlumatda isə bildirilir ki, Amerika səfirliyi Könüllü Xalq Güclərinin bəzi komandirlərini və Milli Koalisiyanın liderlərinin nəzarətə alıması əmirini verib. 
 
Həbs olunanların siyahısında Geysin əl Həzəli, Müqtəda əs Sədr, Hadi əl Amiri və Əbu Mehdi əl Muhəndis kimi şəxslərin adları da yer alıb. 
Mənbənin bildirdiyinə görə, keçmiş Baş nazir Nuri əl Maliki ev dustaqlığına alınaraq, yaxın bir zamanda mühakimə olunacağı gözlənilir. 
Qeyd edək ki, yayılan xəbərlərə dövlət rəsmiləri tərəfindən heç bir reaksiya verilməyib. Onlar xəbəri nə təkzib edib, nə də təsdiqləyiblər. /

Google+ WhatsApp ok.ru