Iranda ABŞ vətəndaşları həbs olunub 25 İyul 2014 01:00 Dünya ABŞ rəsmiləri iyulun 25-də bəyanat yayaraq İranda Amerika vətəndaşlarının tutulduğunu bildiriblər. Maide.az-ın məlumatına görə, “Vaşinqton Post” qəzetinin beynəlxalq xidmətinin rəhbəri Duqlas Yil jurnalistlərə deyib ki, qəzetin Tehrandakı müxbiri Ceyson Rzaiyan və xanımı Yeganə Salehi iyulun 22-i axşam saatlarında tutulub: “Biz Ceysonun, xanımı Yeganənin və daha iki nəfərin həbsə salınmasından ciddi narahatıq. Ceyson Rzaiyan 2012-ci ildən “Vaşinqton Post” qəzetinin müxbiri kimi Tehranda fəaliyyət göstərirdi. O, hörmətə və dəstəyə layiq, təcrübəli, məlumatlı bir jurnalistdir”. Ceyson Rzaiyan həm İran, həm də Amerika vətəndaşıdır. Hazırda Amerika vətəndaşlığını almağa təşəbbüs göstərən xanımı Yeganə Salehi isə İranda yaşasa da, Birləşmiş Ərəb Əmirliklərində dərc olunan “National” qəzetinin əməkdaşıdır. Yayılan məlumatlara görə, Ceyson və xanımı ilə birlikdə tutulan daha iki Amerika vətəndaşından birinin adı Məryəm Rəhmaniyandır. Onların İranda azad müxbir, fotoqraf kimi fəaliyyət göstərdiyi qeyd olunur. Amerika vətəndaşlarının İranda tutulmasının səbəbi haqda konkret məlumat yayılmayıb. Media forum / Teqlər : #Iranda ABŞ vətəndaşları həbs olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Huzaada cəsədlər küçələrdə qalıb Qüds Günü bütün dünyada Fələstinə dəstək aksiyası ilə qeyd edilib - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO