Qüds Günü bütün dünyada Fələstinə dəstək aksiyası ilə qeyd edilib - FOTO 25 İyul 2014 01:00 Dünya Bu gün Qüds günü qeyd etmək və Qəzzaya hücumları pisləmək üçün bütün dünyada yüzminlərlə insan küçələrə axışıb. Hindistan, Almaniya, Yunanıstan, İran, Venesuella, Fransa, Amerika Birləşmiş Ştattlarına qədər bütün dünyada keçirilən aksiyalarda insanlar İsrailin Qəzzaya hücumlarının dərhal dayandırılmasını tələb edib. Ən kütləvi aksiyalardan biri Fransanın paytaxtı Parisdə olub. Burada minlərlə insan Fələstinə dəstək aksiyası keçirib. Tədbirdə sionizsə qarşı olan yəhudi icması «Neturei Karta» da iştirak edib. Onları baş verə biləcək provakasiyadan sığortalamaq üçün müsəlman gənclər qoruyub. Eyni görüntülər Nyu Yorkda da müşahidə olunub. Nyu-Yorkun məşhur Times meydanında yəhudilər də daxil olmaqla bir çox millətlərin qatıldığı aksiyada İsrailin Qəzzaya hücumlarını dayandırmağı tələb ediblər. Vaşinqtonda XİN-in qarşısında əllərində Fələstin bayrağı və «Müstəqil Fələstin», «Uşaq qatili İsrail», «Fələstin çox yaşa», «Uşaqlarımızı öldürməyin» şüarları ilə aksiya keçirən etirazçılara yəhudilərə də dəstək verib. Bu gün İranın paytaxtı Tehranda da İsrailin vəhşiliyinə və Fələstinin işğalına qarşı piket aksiya keçirilib. Bu yürüşlə İran camaatı bütün dünyaya göstərdilər ki, məzlum fələstinlilərlədirlər və zalıma düşməndirlər. Aksiyaçılar «Allah Qüdsü azad edəcək», «Fitr bayramını Qüdsdə keçirəcəyik», «İsrailə ölüm» və sair şüarlarla Tehranın Cümə məscidinə tərəf gediblər. Qüdsə Günü və Fələstinə dəstək münasibəti ilə BMT-nin Cenevrə Ofisi önündə, Saraybosnada, Londonda, Stokholmda, Kopenhagendə, Romada, Berlində, Amsterdamda, Madriddə, Afinada və sair paytaxt şəhərlərdə də etiraz aksiyaları keçirilib. Qüds günü həmçinin bir sıra Asiya ölkələrində və Uzaq Şərqdə, o cümlədən İndoneziya, Malaziya, Əfqanıstan kimi ölkələrdə də həyata keçirilib. Cənubi Amerika ölkələrindən Kolumbiya və Venesuella da İsrailə qarşı da aksiyalar keçirilib. Qüdsdə, Ramallahda və Beytüllahimdə yaşayan Fələstinlilər də küçələrə axışaraq aksiyalara qoşulublar. Teqlər : #Qüds Günü bütün dünyada Fələstinə dəstək aksiyası ilə qeyd edilib FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Iranda ABŞ vətəndaşları həbs olunub İsrail bombardmanı dayandıracaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO