Kərgədanları qorumaq üçün buynuzları kəsilə bilər 13 Mart 2017 02:00 Dünya Belçikada "Pairi Daiza" adlı özəl zooparkın sahibləri kərgədanları brakonyerlərdən qorumaq üçün onların buynuzunu kəsmək qərarına gəlib. Trend-in "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, administrasiya bu görünməmiş addımı bu həftə brakonyerlərin ağ kərgədanı güllələdikdən sonra onun buynuzunu mişarla kəsməsi ilə əlaqələndirib. Rəsmi məlumata görə, indiyədək Avropada belə hallar olmayıb. Bəzi ölkələrin xalq təbabətində kərgədan buynuzu müalicə üçün istifadə olunur. Qara bazarda buynuzun bir kiloqramının qiyməti on minlərlə dollar təşkil edir. Kərgədanların qorunması üçün buynuzlarının kəsilməsi Afrikada tez-tez istifadə edilir. Baytarlar deyirlər ki, bu prosedur ağrısızdır və zaman keçdikcə buynuz yenidən gəlir. / Teqlər : #Kərgədanları qorumaq üçün buynuzları kəsilə bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: 2016-cı ildə Suriyada rekord sayda uşaq həlak olub İran yeni `Kərrar` tankını ictimaiyyətə təqdim edib - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO