Kanadalılardan müsəlmanlara dəstək

Kanadanın Albert əyalətinin şimal-şərq hissəsinin sakinləri, eşidəndə ki, Kanadanın Cold-Lake İslami Mərkəzinin divarlarına naməlum şəxslər tərəfindən təhqiramiz sözlər yazılıb, çox məyus olublar və onlar müsəlman məscidinin  təmizləməyə və bərpa etməyə qərar veriblər.
Maide.az-ın məlumatına görə, müsəlmanlara kömək edən könüllülərdən biri Uilyams deyir ki, "Mən gəlmişəm yazıları silməkdə bu uşaqlara yardım edim və bəzi materiallar gətirmişəm. Belə hərəkətlərə biz bəraət verə bilmərik. Bizim cəmiyyətdə birlik var və İslam - bu şəhərin dinlərindən biridir, biz bu dinə hörmət etməliyik."
Kanadanın Albert əyalətində
Cold-Lake İslam Mərkəzi təcavüzə məruz qalıb, naməlum şəxslər pəncərələri sındırıblar, divarlarda "Evinizə qayıdın" sözləri yazılıb. Şəhərin yerli kanadalı sakinləri isə bu yazıları silərək yerində "Siz evinizdəsiniz", " Yaxın adamını sev" sözlərini yazıblar. //
 

Google+ WhatsApp ok.ru