İraqın daha bir strateji bölgəsi İŞİD terrorçularından azad edildi (FOTO-VİDEO)

İraq ordusu xalq tərəfindən yaradılan könüllülərlə birliklərlə təşkil etdikləri ən böyük əməliyyatla Curf Əl Saxar bölgəsini tamamilə azad edib və bölgədəki təkfirçi İŞİD terrorçularının bayraqlarını endiriblər.
 
Maide.az xəbər verir ki, təşkil edilən geniş diametrli əməliyyatda təxminən 200 təkfirçi terrorçu öldürülüb və 60-dan çoxu da yaralı şəkildə ələ keçirilib. Həmçinin bu əməliyyatın "Aşura" adıyla başladıldığı bildirilir.
 
Bu günlərdə cəbhənin ön sıralarında iştirak edən İslam İnqilabı Gözətçiləri Korpusunun Qüds Qüvvələri komandiri general Qasim Süleymani də  Curf Əl Saxarda olub.
 
Yayımlanan görüntülərdə general Süleymani İraqın Bədr ordusu komandiri Hadi əl-Amiri, Asaib Əhlil Haqq qrupunun müşaviri Seyid Məhəmməd Təbətəbai və Kətaib qrupunun komandiri Adnan əş-Şemhani ilə birlikdədir.
 
Həmçinin bildirilir ki, bu əməliyyatın həyata keçirilməsi üçün Ramazan ayının əvvəlindən inidyədək plan hazırlanırmış. Əməliyyat zamanı sağ ələ keçirilən İŞİD terrorçularında Kərbəlada və müxtəlif bölgələrdə 169 partlayış həyata keçirmə planı ələ keçib. Bununla da həmin partlayışların qarşısı alınıb.
 
Həmçinin qeyd edək ki, bu ərazi Kərbəla bölgəsində yerləşir və Kərbəla ziyarətinə gedənlər burada böyük problemlərlə üzləşirdilər.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru