Kazanda “Hər evə Quran” askiyası

Tatarıstanda Kazan İslam Universitetinin təşəbbüsü ilə  "hər evə Quran" adlı aksiya davam etdirilir.
 
Maide.az xəbər verir ki, bu aksiya martın 18-dən  başlayıb May ayının sonunadək davam edəcək. Fəal gənclər  Qurana əlaqəsi olan insanların evlərinə gedir, ev sahiblərinin dinə aid suallarını cavablandırır, onlara Qurandan müəyyən surələr oxuyurlar. 
Quran hədiyyələri və bu xidmət tamamilə pulsuzdur. 
 
İlk dəfə bu aksiya 2014-cü  ilin dekabr ayında keçirilib. Aksiya təşkilatçıları bildirir ki,insanlar  “hər evə Quran” aksiyasını çox maraq və sevinclə qarşılayıblar, ona görə qərara alınıb ki, aksiya  müxtəlif vaxtlarda  davam etdirilsin./
   
 

Google+ WhatsApp ok.ru