Kiyevdə zorakılığa görə həbs edilən azərbaycanlı intihar etdi

Ötən gün Kiyevdə zorlamada ittiham olunaraq həbs edilən Azərbaycan vətəndaşı dustaqları daşıyan avtomobildə intihar edib. Hadisə dustaq rayon milis idarəsinə aparılan zaman baş verib. 
 
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhəri üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
 
“Yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılığa görə həbs olunan kişi istintaq hərəkətlərinin davam etdirilməsi üçün rayon idarəsinə aparılıb. Ünvana çatdıqda, milis əməkdaşları aşkar ediblər ki, 32 yaşlı kişi xüsusi avtomobildə keçinir. Hadisə yerinə çağırılan “təcili yardım” onu xilas edə bilməyib. İlkin rəyə görə o, özünə qəsd edib”, - deyə məlumatda bildirilir.
 
Faktla bağlı Prokurorluqda yoxlama aparılır.
 
Kiyevin Darnisk rayonunda gənc qızı zorlayaraq qarət edən 27 yaşlı Azərbaycan vətəndaşı martın 30-da isti izlərlə saxlanılmışdı.

Google+ WhatsApp ok.ru