Sionist komandirdən etiraf: Hizbullah dünyadakı ən güclü təşkilatdır 01 Aprel 2015 01:00 Dünya Sionist veb saytı "Walla" Hizbullahın hərbi gücü və necə dəyişdiyi ilə bağlı geniş bir məqalə yazıb. Maide.az xəbər verir ki, məqalədə Hizbullahın strukturundan əlavə, gələcək müharibənin planları, baş katib Seyyid Həsən Nəsrullahın şəxsiyyəti və onun nüfuzu haqqında qiymətləndirmələrə yer verib. Məqaləyə görə, İsrail Quru qoşunları komandanı general mayor Guy Tzur Hizbullah baş katibi Seyid Həsən Nəsrullahın təşkilatını dünyanın ən güclü təşkilatlarından birinə çevirməyi nail olduğuna işarə edib. Hərbi kəşfiyyatdakı mənbələr Seyid Nəsrallahı yalnız İslam və təhlükəsizlik nəzəriyyələri haqqında geniş məlumatı olan biri kimi deyil, eyni zamanda iqtisadiyyat, ticarət və qlobal hərrac sahəsində geniş bilik sahibidir. Onlar Nəsrullahın bu bacarığı sayəsində Hizbullahı bütün dünyaya, məhz Afrika və Cənubi Amerikaya yaymağı bacaran adam kimi təsvir ediblər. Guy Tzur həmçinin yüksək rütbəli İsrailli bir zabitin Seyid Həsən Nəsrallahın oğlu Hadinin şəhadəti ilə nəticələnən hücumdan Təl-Əvivin olduqca məmnun qaldığını bildirdiyini dilə gətirib. Amma buna baxmayaraq, onlar Seyid Nəsrallahı nə kədərlə məğlub edə bildiklərini, nə də onda hədsiz bir kədər gördüklərini deyib. Bundan başqa, Nəsrullah oğlunun nəşini geri almaq üçün davamlı bir səy də göstərmədiyini deyən Guy Tzurun, bunun köklü bir ideologiyaya bağlı olduğunu vurğulayıb. Teqlər : #Sionist komandirdən etiraf: Hizbullah dünyadakı ən güclü təşkilatdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kiyevdə zorakılığa görə həbs edilən azərbaycanlı intihar etdi İraq xalqı öz dərdini unutdu, Yəmən xalqı üçün meydanlara çıxdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO