KİV: İraqda ABŞ neft şirkətinin obyektləri atəşə tutulub 06 Aprel 2020 12:57 Dünya İraqın Bəsrə vilayətində ABŞ şirkətinə məxsus neft yataqları artilleriya zərbələrinə məruz qalıb. Bu barədə bu gün “Baghdad today” məlumat verib. “İraqın neft yataqlarında fəaliyyət göstərən ABŞ-nin “Halliburton” şirkətinin obyektləri Zubeyr kəndində beş raketlə hücuma məruz qalıb. Raketlərdən biri neft hasilatında lider olan 20 nömrəli quyunun yaxınlığına düşüb”, - təhlükəsizlik mənbələrindəki mənbə portala bildirib. Mənbənin sözlərinə görə, İraq təhlükəsizlik orqanları obyektlərin atəşə tutulduğu qurğuları aşkarlayıb, hazırda istintaq aparılır. Mənbə həmçinin hücum zamanı ABŞ şirkətinin qərargahında hava hücumu ilə bağlı həyəcan siqnalı eşidildiyini bildirib. Hələlik dəymiş zərər və xəsarət alanlar barədə məlumat yoxdur. /Report Teqlər : #iraq,#abş,#neft,#şirkət, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hizbullah komandirinə sui-qəsd Şri Lankada koronavirusa görə dünyasını dəyişən müsəlmanların yandırılması etiraza səbəb olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO