Şri Lankada koronavirusa görə dünyasını dəyişən müsəlmanların yandırılması etiraza səbəb olub 06 Aprel 2020 14:21 Dünya Şri Lankada koronavirusa görə dünyasını dəyişən müsəlmanların yandırılması etiraza səbəb olub. Maide.Az xəbər verir ki, Seylon Üləmalara Məclisi (ACJU) hökuməti ayrı-seçkilik etmədən bütün cəsədləri yandırmağın səhv olduğunu açıqlayıb. ACJU-nun verdiyi açıqlamada, "İslam ölülərin dəfn edilməsini əmr edir və ölü yandırmağı doğru hesab etmir. Ölülər cəsəd çantasına basdırılarsa, virusun yayıldığına dair elmi dəlil yoxdur. İngiltərə, Sinqapur, Avstraliya, Malayziya, İran və İtaliyada "Covid-19"a görə ölənlərin dəfn olunmasına icazə verildi", - deyə bildirilir. Şri Lankada yeni növ koronavirus epidemiyası səbəbiylə keçən ay 6 böyük şəhərdə iki həftə elan edilmiş komendant saatı daha iki həftə uzadılıb. Ölkədə Kovid-19 hallarının sayı 176-ya yüksəlsə də, bu günə qədər 5 xəstə ölüb. Şri-Lankada 2 min 961 məhbus koronavirus xəstəliyinə görə sərbəst buraxılıb. İngiltərə nümayəndələr Palatası da müsəlman və yəhudilərin etirazından sonra ölənlərin yandırılması qərarından imtina edib. Teqlər : #Şri,#Lankada,#koronavirusa,#görə,#dünyasını,#dəyişən,#müsəlmanların,#yandırılması,#etiraza,#səbəb,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru KİV: İraqda ABŞ neft şirkətinin obyektləri atəşə tutulub İranda koronavirusa qarşı istehsal edilən dərman xəstələrə müsbət təsir göstərib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO