Lavrov Ərəbistanın Yəmənə hücumunu qanunsuz adlandırıb

Rusiya xarici işlər naziri Ərəbistanın başçılığı altında olan koalisiyanın Yəmənə hücumdan öncə BMT TŞ-ni məlumatlandırmamasından təəssüflənib və bu böhranın həlli üçün müzakirənin keçirilməsini istəyib.
 
Maide.az xəbər verir ki, Lavrov dünən Ria Novosti ilə müsahibədə deyib: "Hazırda bu əməliyyat beynəlxalq qanunlarda yerə malik deyil. Əlbəttə, biz bu əməlıiyyatın məşvərətsiz surətdə başlanmasından təəssüflənirik."
 
Rusiya xarici işlər naziri bildirib ki, Yəmən böhranındakı tərəflər müzakirə aparmalıdırlar: "Biz Ərəbistan və koalisiyanın digər üzvləri ilə əlaqələrə dəyər veririk, amma onlar görülmüş işdən sonra Təhlükəsizlik Şurasında hazır oldular və öz hərəkətlərinin təsdiqlənməsini istədilər, amma döyüşən tərəfin birini təsdiqləyib, digərini qanunsuz adlandırmaq bizim üçün qəbuledilməzdir."
 
BMT TŞ-in daimi üzvlərindən olan Rusiya Yəmənə humanitar yardımların göndərilməsi üçün Ərəbistanın bu ölkəyə qarşı hücumlarının dayandırılmasını istəmişdi, lakin Ərəbistan və bəzi Qərb ölkələri onunla müxalifət etdilər.
 
BMT-nin yeni məlumatına görə, Ərəbistan qırıcılarının ötən on iki gündə Yəmənə qarşı təcavüzü nəticəsində 549 nəfər həlak olub, 1707 nəfər də yaralanıbdır. 

Google+ WhatsApp ok.ru