Londonda Yəmən müharibəsinin dayandırılması üçün aksiya keçirildi -FOTO 10 Avqust 2020 16:16 Yəmən Böyük Britaniyada bir sıra fəallar Londonda Yəməndəki müharibəyə son qoymağa çağırış edən etiraz aksiyaları keçiriblər. Paytaxt Londondakı insan haqları fəallarının etiraz aksiyaları vaxtı Səudiyyə rejiminin səfirliyinə gedən avtobusa minərək, Yəməndəki müharibənin dayandırılmasını tələb edən plakatlar qaldırıblar. Etirazçılar Britaniya rəhbərliyindən Səudiyyə rejiminə və BƏƏ-yə silah satışının dayandırılmasını da tələb ediblər. Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayid əleyhinə plakatlar tutan etirazçılar, Səudiyyə rejiminin rəsmilərini dünyada siyasi fəalları təqib etməkdə və onlara zərər verməyə çalışmaqda günahlandırıblar. Etirazçılar, həmçinin ağır itki verən və müdafiəsiz olan Yəmən xalqına dəymiş zərərin dayandırılmasının vacibliyini vurğulayıblar./abna/ Teqlər : #Londonda,#Yəmən,#müharibəsinin,#dayandırılması,#üçün,#aksiya,#keçirildi,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə möhtəşəm Vilayət (Qədir Xum) bayramı - FOTO Yəmənə hücumlar səngimir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'