Lukaşenkodan Putin barədə ŞOK SÖZLƏR: Mən sonuncu deyiləm!

Belarus prezidenti Aleksandr Lukaşenko tədriclə Rusiyanın siyasətindən uzaqlaşır. "Avropanın sonuncu diktatoru" adlandırılan Lukaşenko bir neçə gün bundan öncə Vladimir Putin barədə demişdi ki, məndən də pis diktatorlar var.
 
Maide.az xəbər verir ki, "Döyçe Vele"nin yazdığına görə, Belarusun idarəetmə üsulu bu ölkənin prezidenti Aleksandr Lukaşenko barədə mənfi fikirlərin yaranmasına səbəb olub. 
 
Aleksandr Lukaşenko 1994-cü ildən, yəni 21 il bundan öncədən Belarusa hökmranlıq edir. Onun hökmranlıq dövrü Avropada hər bir digər siyasətçidən çoxdur. 
 
Belarus prezidenti "Döyçe Vele" ilə müsahibədə Rusiya prezidenti Vladimir Putin barədə yarızarafat, yarıciddi formada deyib: "Mən daha Avropanın sonuncu diktatoru deyiləm. Məndən bir az pis diktatorlar var. Elə deyilmi? Mən hazırda bir az pisəm!"

Google+ WhatsApp ok.ru