Mərziyə Əfxəm: `Xamenei Obamaya məktub yazmayıb`

Maide.az xəbər verir ki, rəsmi İran ABŞ mətbuatının məlumatlarını təkzib edib. Təkzib edilən məlumat Barak Obama və Ayətullah Seyyid Əli Xamenei arasında gizli məktublaşma barədədir. 
 
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyə Əfxəm bildirib ki, yayılan xəbər mətbuatın uydurmasıdır və bu, İslam ölkəsinə qarşı çirkin təxribatdır.
 
Xatırladaq ki, ABŞ mətbuatı  İranın ali dini lideri Ayətullah Seyyid Əli Xamenei ilə ABŞ prezidenti Barak Obamanın  İŞİD terrorçuları ilə birgə mübarizə mövzusunda məktublaşdığı xəbərini yaymışdı.

Google+ WhatsApp ok.ru