Papa: `Peyğəmbərin yolundan ayrılmayın`

Katolik dünyasının ruhani lideri Papa Françesko yeni təyin olunan 20 kardinala İsa Peyğəmbərin (ə) yolundan imtina və özlərini təcrid etməmək çağırışı edib.
 
Maide.az xəbər verir ki, Əziz Petrus Bazilikada keçirilən mərasimdə Papa yeni kardinallara verdiyi mesajda, "Kilsənin yolu, qorxusuz və təmənnasız şəkildə uzaqlara getməkdir" - deyib.
 
Kardinallara Həzrəti İsanın (ə) yolunu təqib etmələrini məsləhət görən Papa, özlərini ayrı sinif olaraq təcrid etməməsi və əzab çəkənlər qarşısında passiv qalmamaları lazım olduğunu söyləyib.

Google+ WhatsApp ok.ru